Soyuq iqlimi ilə tanınan İslandiyada ilk dəfə ağcaqanadların görünməsi ölkədə narahatlıq yaradıb.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, mütəxəssislər onların xaricdən gəldiyini və qlobal istiləşmə ilə əlaqədar olaraq ölkədə yaşama ehtimalının artdığını bildiriblər.
Türkiyənin Akdeniz Universitetinin professoru Hüseyn Çetin məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, dünyada 3500-dən çox ağcaqanad növü var və onların əksəriyyəti isti iqlimdə yaşayır. Amma iqlim dəyişikliyi səbəbindən artıq soyuq bölgələrdə də ağcaqanadlar müşahidə olunur: “Ağcaqanadlar əvvəl görünmədikləri yerlərdə belə məskunlaşa bilirlər. Artıq dağlıq və yüksək ərazilərdə də problem yaradırlar".

Çetin xəbərdarlıq edib ki, beynəlxalq nəqliyyat vasitələri, təyyarə və gəmilər ağcaqanadların yeni ərazilərə yayılmasını asanlaşdırır.