AZ

Polşa prezidenti ölkənin baş nazirini söz azadlığını məhdudlaşdırmaqda ittiham edib

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Polşa Prezidenti Karol Navrotski ölkənin Baş naziri Donald Tusku rəqəmsal kontenti bloklamağa imkan verən qanun layihəsini təsdiqləməklə söz azadlığını məhdudlaşdırmaq və respublikada senzura tətbiq etmək cəhdlərində ittiham edib.

Oxu.Az xəbər verir ki, prezident bunu özünün "X" sosial şəbəkəsindəki statusunda yazıb.

"Hökumət qanunazid məzmuna və dezinformasiyaya qarşı mübarizə bəhanəsi ilə söz azadlığını məhdudlaşdırmaq və bunu kontenti vəzifəli şəxslərin inzibati qərarları ilə bloklamaq mexanizminin köməyi ilə etmək istəyir", - deyə Navrotski bildirib.

Polşa prezidenti əlavə edib ki, belə bir vəziyyət yolverilməzdir və respublika vətəndaşları, nə qədər ki, öz fikirlərini azad ifadə etmək hüquqları əllərindən alınmayıb, məsələ ilə bağlı bu hüquqlarından istifadə etməlidirlər.

Bununla da dövlət başçısı Donald Tusk hökuməti tərəfindən işlənib hazırlanmış və Avropa İttifaqı normativlərini Polşaya şamil edən "Rəqəmsal xidmətlər haqqında qanun" layihəsinə münasibət bildirib. Qanun layihəsinə əsasən, fiziki şəxslər, o cümlədən polis, prokurorluq və digər dövlət orqanları qanunazid hesab etdikləri istənilən kontentin bloklanmasını tələb edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
oxu.az

1Mənbələr