Oktyabrın 26-da Qara dəniz bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib. İstanbulda da hiss edilən zəlzələ ilə bağlı açıqlama verən ekspert Şener Üşümezsoy bildirib ki, əsl təhlükə Manisadan Dənizliyə qədər uzanan Ege bölgəsindədir.
“Yeni Sabah” xəbər verir ki, Ş.Üşümezsoyun sözlərinə görə, yeraltı təkanlar Qaradəniz sahilində - aktiv fay xətlərindən uzaq ərazidə baş verib. Bu səbəbdən də İstanbul üçün ciddi risk daşımır. Lakin o, əsas təhlükənin Egey bölgəsində - Manisa və Dənizli arasında yerləşən tektonik xəttdə olduğunu deyib.
Mütəxəssis qeyd edib ki, xüsusilə Alaşehir və Buldan rayonları aktiv seysmik zonadadır və burada hər an böyük zəlzələlər baş verə bilər. Onun fikrincə, bu bölgələrdə tikililərin dayanıqlığı yoxlanmalı və insanların hazırlıqlı olması vacibdir. Marqarita pizza
Trakya bölgəsi (Edirne, Kırklareli) üçün isə riskin az olduğu bildirilib. Ş.Üşümezsoy əlavə edib ki, son vaxtlar zəlzələlərin çoxaldığına dair fikirlər əsaslı deyil - bu, sadəcə daha güclü müşahidə və xəbər sistemlərinin nəticəsidir.
Professorun sözlərinə görə, hazırda panikaya əsas yoxdur, amma xüsusilə Egey bölgəsində yaşayanlar ehtiyat tədbirlərini görməlidir.
Aytac Əliyeva
Telegram kanalımız