26 oktyabr 2025-ci il tarixində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin iclas zalında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində ikinci tədbiri baş tutub.
QHT.az xəbər verii, tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri və layihə rəhbəri Firidun Məmmədov çıxış edərək tədbiri açıq elan edib. O, layihənin həyata keçirilməsinə verdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, son illərdə Agentlik tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və ictimai birliklərlə iş sahəsində aparılan ciddi islahatlardan danışıb.
“Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəmanların təbliği, onların göstərdiyi şücaətin gənc nəsil üçün örnək kimi təqdim olunması və vətənpərvərlik ruhunun yüksəldilməsidir”.
Daha sonra tədbir iştirakçıları layihə barədə fikir və təkliflərini səsləndiriblər. Şəhid ailəsi ziyalı xanım, qocaman müəllimə Əliyeva Ulduzə söz alaraq 90-cı illərdə Vətənimizin ağır günlərində qeyrətli oğlanların döyüşə necə könüllü getdiklərindən danışdı. Təkcə döyüşçülərin deyil onların valideyinlərini və ailə üzvülərinində müharibə dövürlərindəki istirablarından danışdı. Əlavə edərək bu kimi vacib layihələrin həyata keçirilməsində dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib.
Qarabağ müharibəsində həyat yoldaşı Şəhid olan, Şəhid xanımı Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova çıxış edərək, bu tipli tədbirlərin Şəhid ailələrinin həyatında önəmli təcrübə olduğunu və onlara çox ciddi mənəvi dəstək ola biləcəyini vurğuladı.
Şəhid ailəsi Umudova Zülfiyyə çıxış edərkən, tədbirin axarından təsirləndiyini bildirərək Şəhid ailəsi olmağın həm şərəfli, həmdə çətin olduğundan danışdı. O, qeyd etdiki, çətinliklərə səbr etmək üçün mənəvi dəstəyə ehtiyacları vardır. Bu tədbirlərin keçrilməsi bizə çox böyük mənəvi dəsdəkdir deyərək çıxışını tamamladı.
Digər iştirakçılar da söz alaraq torpaqlara qanı tökülən qəhrəmanlarımızın daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışdılar.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.