AZ

Penalti vurarkən zədələndi - bir neçə ay oynamayacaq

İtaliyanın "Napoli" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, son ölkə çempionunun aparıcı üzvlərindən olan Kevin De Bruyne sıradan çıxıb.

Belçikalı yarımmüdafiəçi A Seriyasının 8-ci turunun "İnter"lə matçında (3:1) penalti zərbəsini yerinə yetirərkən ayaq əzələsindən zədə alıb. 34 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Kevin De Bruyne mövsümün əvvəlində "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Napoli"yə keçib. Belçika millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
30
sportal.az

1Mənbələr