AZ

Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...

Misli premyer-liqasının 9-cu turunda heç bir oyunda stadiona 4700 azarkeş gəlmədi. Amma gücünə görə ölkənin 4-cü çempionatı sayılan Region Liqasında həftəsonu xoş sürpriz yaşandı.

Dünən saat 15.00-da Lənkəran şəhər stadionunda başlayan “Lənkəran” – “Naxçıvan” oyununda meydan sahibləri 8:0 hesabıyla qələbə qazanıb.

“Football-plus.az” “Bizim Lənkəran”a istinadla xəbər verir ki, bu oyunu tribunalardan 4700 (!) azarkeş izləyib. “Xəzər Lənkəran” artıq 9 ildi tarixə qovuşsa da, ağ-yaşıl rənglərə könül verən azarkeşlərin sayı yenə də çoxdu. Onlar bu sevgini Region Liqasının oyununa köçürüb.

ORXAN

Seçilən
8
1
football-plus.az

2Mənbələr