AZ

"İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik" - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
“Qazaxıstan yığması ilə oyunlar çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardı və qələbə topunu vurdu. Buna görə komandamıza təşəkkür edirəm. Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.
Seçilən
17
6
football-plus.az

10Mənbələr