AZ

Niyə gənclər plastik əməliyyatlara üz tuturlar?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

28 yaşlı Emili bu yaxınlarda üz liftinqi əməliyyatı olub.

Üstündən bir il keçmiş, o niyə əməliyyət yolunu seçdiyini izah edir.

"Sadəcə özümün ən yaxşı versiyam olmaq istəyirdim", - o deyir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

Plastik əməliyyat: "Hindli" burnunu "avropalaşdıran" qadının hekayəti

Emili danışır ki, iyirmi yaşına qədər Karib dənizi ətrafında günəş altında keçirib: "İşim də ofis işi deyildi. Ona görə də bütün günü əylənirdim və çox az yatırdım. Bu da məni sürətlə qocaltdı. Mən isə parlamaq istəyirdim".

O, bir çox qeyri-cərrahi üsulları sınasa da, hər hansı bir təsirini hiss etməyib.

"Əməliyyata girmədən əvvəl necə hiss edirdim? Çox qorxurdum. Əməliyyat üçün Türkiyəyə getdim. İlahi, mən nə edirəm deyirdim, çox qorxurdum. Heç valideyinlərim də bilmirdi. Və ömrümdə ilk dəfə dəfə bıçaq altında girirdim. Yuxuya daldım, və oyananda artıq yeni üzüm, yeni burnum var idi", - Emili deyir.

Bədən imici üzrə mütəxəssislər gənclərə görə narahatdırlar.

"Məncə, xarici görünüşə dəyərindən daha çox qiymət biçilən bir cəmiyyətdə böyüyürük. Bu halda, gənclər görünüşlərini varlıqlarının bir parçası kimi yox, əsas hissəsi kimi görürlər,"-Dr Kristy Garbett deyir.

Üz liftinqi əməliyyatı edən plastik cərrah Alexis Verpaele deyir ki, gənclərin bu cür kəskin əməliyyata ehtiyacı yoxdur və onları əməliyyata qəbul etmir.

O, mikro iynələmə, sağlam pəhriz və bol yuxu kimi qeyri-cərrahi üsulları tövsiyə edir.

Amma Emili qərarından razıdır.

"Mən çox xoşbəxtəm. Məncə, həqiqətən də təbii görünür. İnsanlar estetik əməliyyat etdiyimi hiss etmirlər. Özümün ən ali halıma çevrilmişəm sanki",- o deyir.

Seçilən
55
bbc.com

1Mənbələr