AZ

İsrail Qəzzadakı əməliyyatlarda Türkiyə sülhməramlılarının iştirakına qarşıdır

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail ABŞ-nin təklif etdiyi sülh planı çərçivəsində Qəzza zolağında Türkiyə hərbçilərinin yerləşdirilməsinə razı olmayacaq.

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasındakı münasibətlər pisləşməyə başlayıb:

"Türkiyə İsrailə qarşı düşmənçilik siyasəti yürüdür, bu, tənqidi bəyanatlarla yanaşı, həm də diplomatik və iqtisadi tədbirləri əhatə edir. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinə icazə vermək ağılsızlıq olardı. Biz bununla razı deyilik və amerikalı dostlarımıza bu barədə məlumat vermişik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
11
bakivaxti.az

10Mənbələr