AZ

Naxçıvanda qəza: “Khazar” və “Mercedes” toqquşdu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Khazar” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
avtosfer.az

1Mənbələr