ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, həkimlər onun səhhətini əla qiymətləndirirlər.
Busaat.az xəbər verir ki, Amerika prezidentinin Yaponiyaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətinin audio yayımı Ağ Evin “YouTube” kanalında yayımlanıb.
“Hər şey mükəmməl idi, tam yoxlamaları verdim” deyə Tramp MRT-nin olub-olmadığını soruşduqda cavab verib. “Bizimlə səyahət edən həkimlərimiz var və məncə, onlar sizə çox inandırıcı hesabatlar verdilər. Səhhətim pis olsaydı, bunu gizlətməzdim, bununla bağlı nəsə edərdim. Amma həkimlər dedilər ki, yaşıma görə ən yaxşı tibbi müayinə nəticələrim var”, – ABŞ prezidenti bildirib.
Yeganə