AZ

O, səkkizinci dəfə prezident seçilib

Kamerun lideri Pol Biya prezident seçkisində seçicilərin səslərinin 53.66%-ni toplayaraq, səkkizinci müddətə dövlət başçısı seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Agence France-Presse” agentliyi Kamerun Konstitusiya Şurasının məlumatına istinadla yayıb.

Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.

Seçilən
2
5
konkret.az

7Mənbələr