AZ

Papoyan Azərbaycan və Ermənistan arasındakı xarici ticarətdən danışdı

“Ermənistan və Azərbaycan xarici ticarətdə rəqabət apara bilməz, əksinə bir-birini tamamlaya bilər”.

KONKRET.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə millət vəkillərinin suallarını cavablandırarkən bildirib. O, iki ölkə arasında ticarət perspektivləri haqqında məqalə hazırladıqlarını və bu məqalənin tezliklə elmi jurnalda dərc olunacağını qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan ixracının əhəmiyyətli bir hissəsi Ermənistanın idxal ehtiyaclarını ödəyir və əksinə.

“Yəni biz rəqabət aparmırıq, amma bir-birimizə çoxlu mal sata bilərik”, – o bildirib.

Nazirin sözlərinə görə, Ermənistanın Türkiyə ilə ticarətinin həcmi ildə 750-800 milyon dollara qədər arta bilər.

Seçilən
13
1
konkret.az

2Mənbələr