AZ

Zelenski: “Putin lovğalandı ki, oktyabrın 15-dək bütün Donbası işğal edəcək”

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Putin müttəfiqlərinə özəl olaraq Rusiyanın bütün Donbası oktyabrın 15-nə qədər işğal edəcəyi ilə öyündü, lakin bu müddət artıq keçib.

Busaat.az xəbər verir ki,  Zelenski bu barədə “Axios”a müsahibəsində bildirib.

“Rusiya bunu edə bilməz. Putinin kifayət qədər adamı yoxdur. Onun güclü batalyonları məhv edilib. Bu gün döyüş meydanında biz, əsasən, son iki-üç ayda olduğumuz yerdəyik”.

O, əlavə edib ki, Kreml artıq bir neçə dəfə Trampın müharibənin həlli ilə bağlı təkliflərini rədd edib.

“Bildiyim qədər, Rubio və Lavrov arasında söhbət müsbət olmayıb. Onlar Alyaskadan sonra eyni şeyi etdilər. Putin və onun ətrafı üçüncü və ya dördüncü dəfədir ki, Trampın dediklərini rədd edir”, – Ukrayna prezidenti bildirib.

Zelenski əlavə edib ki, Ukraynanın hesablamalarına görə, ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı məhdudiyyətləri neft ixracını 50% azalda bilər.

Onun sözlərinə görə, Ukrayna ABŞ Konqresindən əlavə sanksiyalar və addımlar gözləyir.

Yeganə

Seçilən
16
busaat.az

1Mənbələr