AZ

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

BAKI, 27 oktyabr. TELEQRAF

Kamerunda 92 yaşlı Prezident Paul Biya səkkizinci müddətə yenidən seçilib.

Teleqraf xəbər verir ki, 53,66% səs toplayan Biya ömür vəfa etsə, 99 yaşına qədər hakimiyyətdə qalacaq.

Biyanın andiçmə mərasimi noyabrın 6-da Kamerunun paytaxtı Yaundedə baş tutacaq .

Biya iyul ayında yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlamışdı. Seçkidə 13 namizəd iştirak edib.

Paul Biya 1982-ci ildən Kameruna rəhbərlik edir. 2008-ci ildə o, prezidentlik müddətinə məhdudiyyətləri ləğv edib. 1960-cı ildə müstəqillik qazanmış Kameruna bu günə qədər iki nəfər prezidentlik edib.

Seçilən
57
33
teleqraf.com

10Mənbələr