AZ

Ördək ovlayan ata 16 yaşlı oğlunu öldürdü

ain.az, Lent az portalına istinadən məlumat verir.

Ərzurumdan Qarsa ördək ovlamağa gələn ata, silahından səhv atəş açılması səbəbindən 16 yaşlı oğlu M.A.K.nı vurub. Sinəsindən ağır yaralanan M.A.K. bütün səylərə baxmayaraq xilas edilə bilməyib. Ata saxlanılıb və hadisədə istifadə edilən tüfəng müsadirə edilib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Ərzurumun Oltu rayonundan Qarsın Selim rayonuna ördək ovlamağa gələn bir qrup ördək ovlamağa başlayıb. Ov zamanı 53 yaşlı M.K. əlindəki tüfəngdən atəş açarkən təsadüfən 16 yaşlı oğlu M.A.K.nı vurub.

Sinə nahiyəsindən ağır yaralanan M.A.K. hadisə yerinə gələn təcili yardım işçiləri tərəfindən Səlim Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
lent.az

1Mənbələr