Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib.
Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir.
Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:
“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.
Fotoda: vəkil Elvin Əliyev

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.
Sail Ağasəlim
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.