AZ

Okan Buruk 100-ə çatdı

“Qalatasaray” Super Liqanın 10-cu turunda “Göztəpə” ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, bu görüş “sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk üçün xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, bu matçda Okan Buruk “Qalatasaray”ın baş məşqçisi kimi 100-cü liqa qələbəsini əldə edib.

Təcrübəli mütəxəssis indiyədək “Qalatasaray”ın başında 120 oyuna çıxıb. Bu görüşlərdə komanda 99 qələbə, 13 heç-heçə və 7 məğlubiyyət qeydə alıb.

Qeyd edək ki, matç son çempionun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kamil Xudiyev

Seçilən
28
1
fanat.az

2Mənbələr