İtaliyanın “Yuventus” klubu baş məşqçisi İqor Tudoru istefaya göndərib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klubun açıqlamasına əsasən, 47 yaşlı xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Massimo Brambilla çalışdıracaq.
İqor Tudor 2025-ci ilin mart ayında “Yuventus”un sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında Turin təmsilçisi A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
“Qoca sinyora” son səkkiz oyunda beş heç-heçə və üç məğlubiyyətlə yadda qalıb. Komanda son üç matçda ardıcıl məğlubiyyət alıb – A Seriyasında “Komo”ya 0:2, “Latsio”ya 0:1, Çempionlar Liqasının qrup mərhələsində isə “Real Madrid”ə 0:1 hesabı ilə uduzub.
Mətbuatda “Yuventus” rəhbərliyinin yaxın günlərdə yeni baş məşqçi namizədləri ilə danışıqlara başlayacağı bildirilir.