AZ

De Brüyne "Qarabağ"a qarşı oynamayacaq

style='margin-bottom:10px;'>

“Napoli”nin futbolçusu Kevin De Brüyne zədələnib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biseps bud sümüyündə yüksək dərəcəli yırtıq aşkarlanıb. De Büyne artıq reabilitasiya proqramına başlayıb.

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu  mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində  "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.

Seçilən
41
3
teleqraf.com

10Mənbələr