Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərdaxili 49 nömrəli ("28 May" m/st - 68 nömrəli tam orta məktəb), və şəhərətrafı (Bakı) 515 nömrəli müntəzəm avtobus (Xırdalan şəh. - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrutları müsabiqəyə çıxarılır.
Marja xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Qeyd edilib ki, sənədlər 25 noyabr saat 17:00-dək AYNA-da (Bakı, Hacı Məmmədov küçəsi 5) qəbul ediləcək.
49 nömrəl marşrutda xidmət göstərilməsi üçün tələb olunan avtobusların sayı 30 ədəd, 515 nömrəli şəhərdaxili mrşrutda 18 ədəddir.