Amerikalı jurnalist Avropanın ideoloji çöküşünü “göz önündə” baş verdiyini söyləyib...
Poliqon xəbər verir ki, ABŞ jurnalisti Takər Karlson RTVI kanalına müsahibəsində Avropanın “göz önündə dağılmaqda” olduğunu bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin borc səviyyəsi və iqtisadi göstəriciləri artıq dərin sistem böhranını əks etdirir.
Karlson qeyd edib ki, Avropanı çox sevdiyini və orada uzun illər yaşadığını, həmçinin əcdadlarının da bu qitədən gəldiyini vurğulayıb: “Mən Avropanı sevirəm, lakin o, gözümün önündə dağılır. Bu, çox ağrılıdır”, deyə o bildirib.
Jurnalist hesab edir ki, Avropanın dağılmasının əsas səbəbi ABŞ-ı Rusiya ilə müharibəyə sürükləyən eyni ideoloji xəttin burada 80 ildir hakim mövqedə qalmasıdır. “Bu ideyalar Avropanı məhv etdi. Min illər ərzində formalaşmış, bəşər tarixində ən möhtəşəm sayılan xristian sivilizasiyası cəmi bir əsrdə dağıldı. Buna baxmaq dəhşət qədər kədərlidir”, deyə Karlson vurğulayıb.
Poliqon.info