BAKI, 27 oktyabr. TELEQRAF
Türkiyədə “STAR” Neft Emalı Zavodu (NEZ) 2025-ci ilin yanvar-avqust aylarında 7 milyard 67 milyon 104,54 min ton xam neft idxal edib.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalda 6,57% artım olub. Şirkət hesabat dövründə idxal bazarında 22,06%-lik pay ilə ikinci olub.
2025-ci ilin ilk 8 ayında “STAR” NEZ 2 milyard 8 milyon 692,95 min ton dizel, 173 milyon 535,34 min ton isə aviayanacaq ixrac edib. Şirkət hesabat dövründə ümumilikdə 3 milyard 11 milyon 484,06 min ton müxtəlif yanacaq növləri ixracı və bazarda 28,59%-lik payla bu sahədə də ikinci olub. Ötən ilin müvafiq dörvü ilə müqayisədə ixracda 11,27% artım olub.