AZ

Sinaqoqda terror törətmək istəyən şəxsə hökm oxunub

AzVision.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilib. Hökmə əsasən, Abdulla Əliyev 13 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumat üçün bildirək ki, "İŞİD Xorasan" terror təşkilatı ilə əlaqəli 18 yaşlı Abdulla Əliyev AR Cinayət Məcəlləsinin terrorçuluq, dini düşmənçilik, cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilir. O, Bakı şəhərində yerləşən Dağ yəhudiləri sinaqoquna "Molotov kokteyli" ilə hücum planlaşdırarkən DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

AzVision.az
Seçilən
30
azvision.az

1Mənbələr