Starmer Ankarada Ərdoğan tərəfindən qarşılandı, KAAN qırıcılarına baxış keçirib...
Poliqon xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Türkiyəyə ilk rəsmi səfərini həyata keçirib. Onu Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Qarşılanma mərasimi zamanı iki liderin əl sıxaraq media qarşısında qısa açıqlama verdiyi bildirilib.
Səfər çərçivəsində Starmer Türkiyənin müdafiə naziri Yaşar Gülerlə birlikdə “Mürted” aviabazasını və TUSAŞ (Türkiyə Aerokosmik Sənaye) müəssisəsini ziyarət edib. Burada o, Türkiyənin milli döyüş təyyarəsi KAAN və digər yerli müdafiə sənayesi layihələri ilə tanış olub.
Görüşlərdə iki ölkə arasında müdafiə əməkdaşlığının genişləndirilməsi, hərbi texnologiyalar sahəsində birgə layihələr, həmçinin NATO çərçivəsində strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə edildiyi bildirilir.
Bu səfər Starmer hökumətinin Türkiyə ilə münasibətləri yeni mərhələyə daşımaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.
Poliqon.info