Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə o çıxışı zamanı danışıb.
“Üçüncü müddət üçün namizədliyimi irəli sürmək barədə, demək olar ki, heç düşünməmişəm”, – deyə o söyləyib.
Trampın sözlərinə görə, hazırda ölkədə bir çox layiqli Prezident namizədləri var. Bununla yanaşı, o, özünün reytinq göstəricilərinin indiyədək olmadığı qədər yüksək olduğunu da vurğulayıb.
Qeyd edək ki, ABŞ-də növbəti Prezident seçkiləri 2028-ci ildə keçiriləcək.
Onu da bildirək ki, ABŞ Konstitusiyasının 1951-ci ildə qəbul edilən 22-ci düzəlişinə əsasən, ölkədə 2 dəfədən artıq Prezident seçilmək rəsmi şəkildə məhdudlaşdırılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        