AZ

Honq Konq limanında iki qadın ətəklərinin altında gizlədilmiş 68 tısbağa ilə saxlanılıb

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

İki qadın 68 tısbağanı ətəyinin altında gizlədərək sərhəddən keçirməyə cəhd edib, lakin Honq Konq limanında gömrük işçiləri tərəfindən yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Mirror” yazıb.

Hadisə Vençzindu limanında baş verib. Qadınlar qəribə hərəkətlərlə “yaşıl dəhliz”dən keçərkən gömrük işçilərinin şübhəsinə səbəb olub.

Liman məmurları onlardan birini kənara çəkdikdə, ətəyinin altından budlarına bağlanmış 39 canlı tısbağa aşkar edib. Eyni üsulla 29 tısbağanı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən ikinci qadın da tutulub.

Tapılan sürünənlərin Çinə idxalı qadağan edilən ulduz tısbağaları olduğu ortaya çıxıb. Hər iki qadın limanda saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
qafqazinfo.az

2Mənbələr