AZ

Daniel Seqovia: “Neftçi”də qalmaq istədim, amma alınmadı”

“Neftçi”nin sabiq forvardı, hazırda İspaniyanın aşağı liqasında “Moskardo” klubunda çıxış edən Daniel Seqovia Apasport.az saytına müsahibə verib.

- “Qarabağ” 4 gün əvvəl “Atletik”lə qarşılaşdı. Matçı izləyə bildin?

- Bəli, oyuna baxdım. Maraqlı görüş idi. Həqiqətən də gərgin oyun alındı. Hər iki tərəf maraqlı hücumlar edirdi.

- İspaniyada insanlar “Qarabağ” və Azərbaycan futbolu haqqında nə düşünürlər? 

- Ümumiyyətlə, İspaniyada insanların Azərbaycan futbolunun səviyyəsindən xəbəri və təsəvvürü yoxdur.

- Ümumiyyətlə, Azərbaycan futbolunu, “Qarabağ” və “Neftçi”ni izləyirsən?  

- Əlbəttə ki, baxıram. Ancaq xüsusən də “Neftçi”ni izləyirəm. Daim nəticələrə nəzər salıram, baş verənlərə diqqət yetirirəm.

- Səncə, nəyə görə “Qarabağ” hər mövsüm avrokuboklarda oynayır, “Neftçi” isə yox?   

- Çünki mənə görə, “Qarabağ” hər mövsüm “Neftçi”dən daha çox vəsait yatırır. Bu, şəxsən mənim fikrimdir. Hər halda, belə görünür.

- Maraqlıdır, “Neftçi”dəki karyeranı necə xatırlayırsan? Komandada uzun müddət qala bilərdin?

- Əlbəttə, mən uzun müddət “Neftçi”də qalmağı çox istəyərdim. Amma bu, mümkünsüz idi. Hər halda, gördüyüm bu idi. Çünki həmin vaxt baş məşqçi məni bəyənmirdi.

- Bəs “Neftçi”dən ayrıldıqdan sonra Azərbaycana geri qayıtmaq şansın, variantın oldumu?

- Xeyr. Azərbaycana geri qayıtmaq variantım yox idi. Amma düzünü deyim, bunu çox istəyərdim. Təəssüf ki, alınmadı.

- Hazırda karyeranı davam etdirirsən. Daha uzun illər oynamağı planlaşdırırsan?

- Hazırda 40 yaşım var. Planlarımı ildən-ilə qururam. Hələlik futbol oynayıram və komandama kömək etməyə çalışıram.

Gənclər Liqasında V turun oyunları keçirilib

Millimizdən növbəti qələbə

Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"

14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor

Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib

Seçilən
3
1
apasport.az

2Mənbələr