AZ

"İmişli"nin futbolçusu əməliyyat olundu

Misli premyer-liqasının 9-cu turunda "Kəpəz"lə matçda zədələnən "İmişli"nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat keçirib. Əməliyyat uğurla həyata baş tutub və futbolçunun vəziyyəti sabitdi.

Vüsal hazırda klubun tibbi heyətinin nəzarəti altındadı və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

Seçilən
17
2
football-plus.az

4Mənbələr