Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə futbol liqalarında vəzifə alan 371 hakimin mərc oyunlarının aktiv iştirakçısı olması ölkədə oyn alqı-satqısı, qeyri-şəffaf oyn idarəçiliyi haqqında iddialara işıq salıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Federasiya tərəfindən açıqlanan bu faktlardan sonra klublar tərəfindən hakimlərə etirazlar artıb.
Super liqada çıxış edən İstanbulun "Eyupspor" klubu isə hakimlərin mərc oyunlarınınaktiv iştirakçısı olması, oyunlara pul qoymalarının açılmasından sonra bəyanat yayıb.
Bəyanatda bu iyrənc faktların hakimlər və hakimlik qurumuna olan inamı dərindən sarsıtdığı xüsusi qabardılıb: "TFF prezidenti İbrahim Hacıosmanoğlunun bu gün ictimaiyyətə hakimlərin mərc hesabları ilə bağllı faktları açıqlamasını böyük təəccüb və kədərlə izlədik. "İkas Eyüpspor" olaraq, biz həmişə hakim icmasına ən konstruktiv və anlayışlı yanaşma nümayiş etdirən klublardan biri olmuşuq. Lakin ən çox da biz onlardan əziyyət çəkmişik..."
Xatırladaq ki, TFF prezidentinin bu gün açıqladığı rəsmi məlumata əsasən, peşəkar liqalarda çalışan 571 hakimdən 371-i mərc oyunlarının aktiv iştirakçısıdır.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.