Adətən hər il 26 dekabrda – "Boxing Day" günü – İngiltərə Premier Liqasında tam tur keçirilir.

Offsideplus.az xəbər verir ki, lakin bu il yalnız bir oyun baş tutacağı gözlənilir.

Bu dəyişiklik UEFA turnirlərinin genişlənməsi və İngiltərə FA Kubokunun həftəsonlarına keçirilməsi səbəbilə yaranmış çox sıx oyun təqvimi ilə əlaqələndirilir.

Premier Liqa yayımçı şirkətlərin tələblərini qarşılamaq üçün mövsüm ərzində 33 həftəsonu turu təmin etməlidir. Buna görə oyunlar 26 dekabrda yalnız bir matç, qalanları isə şənbə, bazar və bazar ertəsi günlərinə bölünməsi planlaşdırılır.

Hələlik rəsmi təsdiq yoxdur, lakin bu ehtimal böyükdür.