“Real Madrid” rəhbərliyi qış transfer pəncərəsi öncəsi heyətini gücləndirmək istiqamətində ciddi addımlar atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, “kral klubu” “Liverpul”un gənc yarımmüdafiəçisi Rayan Qravenberx üçün maraqlı mübadilə planı üzərində işləyir.
İspaniyanın "E-Noticies" nəşrinin məlumatına görə, Madrid klubu sözügedən keçidi reallaşdırmaq üçün “qırmızılar”a fransalı futbolçu Eduardo Kamavinqanı təklif etməyə hazırdır.
“Real Madrid” rəhbərliyi hesab edir ki, Qravenberxin texniki bacarıqları və oyun üslubu orta xətt üçün ideal uyğunluq yaradacaq.
“Liverpul” bu təklifə müsbət yanaşacağı təqdirdə, Premyer Liqada Kamavinqa kimi gənc və dinamik yarımmüdafiəçi qazanmış olacaq.
Kamil Xudiyev