AZ

Donald Tramp Kim Çen Inla görüşmək arzusundadır

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Asiyaya səfərini uzatmaq qərarını istisna etməyib.

Editor.az xəbər verir ki, AFP xəbər verir ki, Tramp jurnalistlərə Şimali Koreya lideri ilə danışmaqdan “məmnun olacağını” bildirib.

Qeyd edək ki, 26 oktyabrda prezident ilk Asiya səfərinə Kuala Lumpurda keçirilən ASEAN sammitinə gəlməklə başlayıb. Mediada yayılan məlumatlara görə, o, Şimali Koreya lideri ilə Şimali və Cənubi Koreya arasındakı silahsızlaşdırılmış zonaya səfəri zamanı görüşə bilər. Trampın bundan əvvəl Malayziya, Yaponiya və Cənubi Koreyaya səfər etməsi gözlənilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr