Rusiya azərbaycanlı tərəfdaşları kimi Azərbaycanla humanitar əlaqələri bərpa etməyə hazırdır..
Poliqon xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy RİA Novosti-yə bildirib.
O, ölkələr arasında mədəni əlaqələrin bərpa olunmaması üçün heç bir köklü səbəb olmadığını vurğulayıb.
"Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər şeyə hazırdır. Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar əlaqələri, elm, təhsil və mədəniyyət sahəsində əlaqələri bərpa etməyə hazır olduqları qədər, biz də eyni dərəcədə hazırıq" - Şvıdkoy ölkələr arasında mədəni əlaqələrin bərpası perspektivindən danışarkən deyib.
O vurğulayıb ki, Rusiya və Azərbaycanı çoxəsrlik tarix birləşdirir; xalqlar bir-biri ilə sıx bağlıdır və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri bölüşürlər.
Poliqon.info