Yaşyarımlıq uşağı elektrik cərəyanı vurub.
Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Cəlilabadın Xəlilabad kəndində baş verib.
Miran Rəhimli evdə qardaşları ilə oynayan zaman əlini elektrik yuvasına toxundurub. Nəticədə azyaşlını cərəyan vuraraq öldürüb.
Yaxınları hadisədən xəbər tutan kimi azyaşlını xəstəxanaya çatdırıblar. Amma gec olub.
Qeyd edək ki, Miran Rəhimli ailənin 3-cü oğul övladı olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.