Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB Təhlükəsizlik Şurası liderlərinin görüşü üçün Moskvaya gələcək.
Ermənistan mediasının məlumatına görə, bu, üç ildən sonra ilk dəfə olacaq.
Mediada yayılan məlumatlara görə, qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan verib. Ermənistan nümayəndə heyətinə katib Anahit Poqosyan və köməkçi Sevak Qahramanyan daxildir. Qriqoryan 2022-ci ildən bəri MDB Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib.
//Samir Qurbanov, Editor.az