AZ

Biri arvadını, digəri isə dostunu BIÇAQLADIVİDEO

34 yaşlı qadın bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Mingəçevir şəhərinin "Energetiklər" yaşayış massivi kimi tanınan ərazidə olub.

Məlumata görə, 34 yaşlı Aytən Bəkirova bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. Hadisədə onun həyat yoldaşı Tural Bəkirov şübhəli bilinir. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib. 

Tovuz rayonunda da bıçaqlanma olub.

Rayon ərazisində yerləşən çay evlərinin birində kütləvi dava baş verib. Sonradan bıçaqlanma olub.

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini, 39 yaşlı Famil Vəliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Famil Vəliyevi yad cisimlə vuraraq xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı Murad Bədəlov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
21
xezerxeber.az

1Mənbələr