İsrailin Xarici İşlər naziri Gideon Saar, Türkiyənin Prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyindəki hökumətinin İsrailə qarşı yanaşmasını yalnız şifahi açıqlamalarla deyil, həm də diplomatik və iqtisadi sanksiyalarla ortaya qoyduğunu bildirib.
Redaktor.az "Habertürk"ə istinadən xəbər verir ki, bu fikri Saar Macarıstanda rəsmi görüşlər keçirmək məqsədilə gəldiyi paytaxt Budapeştdə Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto ilə birgə mətbuat konfransı keçirərkən deyib.
İsrailin xarici siyasətinə dair sualları cavablandıran Saar, xüsusilə Gazze'dəki Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatlarına qarşı atılan addımlar barədə danışıb. O, İsrailin, Gazze'də BMT-nin Fələstinli Qaçqınlara Yardım və İnkişaf üzrə Agentliyi (UNRWA) ilə "heç bir əməkdaşlıq etməyəcəyini" vurğulayıb. İsrailin, beynəlxalq məhkəmənin qərarlarını qəbul etməyəcəyini də qeyd edən Saar, ölkəsinin UNRWA ilə əlaqələrini kəsməyə qərarlı olduğunu bildirib.
Xədicə BAXIŞLI