AZ

"Bornmut"un ulduzu "Arsenal"ın hədəfində

“Arsenal” “Bornmut”un hücumçusu Antonio Semenyunu heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, klub gənc futbolçunun çıxışına böyük maraq göstərir və transfer üçün danışıqlara başlamağı planlaşdırır.

Bu barədə məlumatı “365 Scores” nəşri yayıb.

Antonio Semenyu bu mövsüm göstərdiyi performansla Premyer Liqadakı bir sıra klubların diqqətini çəkib. 

İngiltərə klubu onun sürətini, texniki bacarığını və hücum xəttində yaratdığı təhlükəni komandaya əlavə üstünlük kimi görür.

Qeyd edək ki, 25 yaşlı qanalı bu mövsüm Premyer Liqada çıxış etdiyi 10 matçda 6 qol vurub, 3 məhsuldar ötürmə ilə fərqlənməyi bacarıb.

Kamil Xudiyev

Seçilən
32
fanat.az

1Mənbələr