AZ

Tesla rəhbərliyi səhmdarlardan dəstək istəyir

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” rəhbərliyi səhmdarlardan dəstək istəyir

Banco.az xəbər verir ki, “Tesla” İdarə Heyətinin sədri Robin Denholm 6 noyabrda keçiriləcək illik Ümumi Yığıncaq iclasından əvvəl səhmdarlara göndərdiyi məktubda Maskın təxminən 1 trilyon dollarlıq ödəniş paketinin təsdiqlənməsi üçün dəstək istəyib.

Maskın liderliyinin “Tesla”nın gələcəyi üçün əhəmiyyətini vurğulayan Denholm bildirib ki, həmin ödəniş paketinin müzakirəsi zamanı ““Tesla”nın Mask olmadan gələcəyinin necə olacağı” məsələsini də nəzərə alıblar və bunun səhmdarların layiq olduğu gələcək olmadığına inanırlar.

Denholm qeyd edib: “Böyük və ya kiçik bütün şirkətlərin qabaqcıl süni intellekt texnologiyalarını bazara ilk çıxarma yarışında olduğu bir dövrdə “Tesla”nı zirvəyə aparmaq üçün sektordakı ən yaxşı lideri itirmək riskini ala bilməzdik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
1
banco.az

2Mənbələr