AZ

Belarus Litvaya ETİRAZ NOTASI verdi

Litvanın Belarusdakı müvəqqəti işlər vəkili Erikas Vilkaneks ölkənin  Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomata sərhədin birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edilib.

Qeyd edilib ki, sərhədin bağlanması əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib və təkcə Belarus vətəndaşlarının deyil, Litva və digər Avropa İttifaqı ölkələrinin vətəndaşlarının da hüquqlarına toxunub.

Bizim.Media

Seçilən
79
1
bizim.media

2Mənbələr