AZ

Fil Dişi Sahili hazırkı prezidenti dördüncü müddətə yenidən seçdi

Fil Dişi Sahilinin hazırkı prezidenti Ouattara prezident seçkilərində qalib gəlib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, ölkənin hazırkı prezidenti Alassan Uattara prezident seçkilərində qalib gəlib .

Seçki komissiyasının məlumatına görə, Uattara 89,77% səs toplayıb və bununla da dördüncü müddətə yenidən seçilməsini təmin edib. Seçkilərdə hazırkı prezidentdən başqa daha dörd namizəd iştirak edib.

Bu nəticələr ilkin nəticələrdir. Səsvermənin nəticələri Konstitusiya Şurası tərəfindən təsdiq edilməlidir.

Ouattaranın 83 yaşı var. O, 14 ildən artıq Fil Dişi Sahilinin prezidenti vəzifəsində çalışıb. O, ilk dəfə 2010-cu ilin noyabrında keçirilən prezident seçkilərində qalib gəlib. Lakin 2016-cı ildə keçirilən referendumda Uattaranın ilk iki prezidentlik müddətini ləğv edən yeni konstitusiya qəbul edilib.

Seçilən
78
2
teleqraf.com

3Mənbələr