Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyə Superliqasında 10-cu tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə "Fənərbağça" "Qaziantep"in qonağı olub.
İstanbul təmsilçisi meydan sahiblərini Ən-Nəsiri (5, 21) və Taliskanın (81, 88) dublları sayəsində darmadağın edib - 0:4.
Bu nəticədən sonra "Fənər" xallarını 22-yə çatdıraraq, turnir cədvəlində ilk üçlüyü qapayır. Sarı-lacivərdli komanda lider "Qalatasaray"dan 6 xal geri qalır. "Qaziantep" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.
Türkiyə Superliqası: "Fənərbağça" rəqibinə şans vermədi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.