AZ

Riad Rəfiyevə sərt etiraz: “Gördüyü işə tüpürələr”

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sumqayıt” Misli Premyer Liqasının IX turunda səfərdə “Zirə”yə məğlub olub – 0:1. Bu nəticə yerli azarkeşlərin təpkisinə yol açıb.

Riad Rəfiyevin rəhbərlik etdiyi komanda son beş oyunda cəmi bir qələbə qazanıb. Bu uğursuz seriyaya tərəfdarlar sərt təpki göstərib. Onlar klubun rəsmi sosial şəbəkə hesabında rəhbərliyə etiraz ediblər.

Azarkeşlərdən bir neçəsinin fikirləri ilə sizi tanış edirik:

Dadaş Babayev: “Bu boyda şəhərin adına oynadığınız futbol ayıbdır. Bu gedişlə ancaq Azərbaycan çempionatında oynayarsınız”.

Arif Nadirov: “Sizin də, rəhbərliyin də gördüyü işə tüpürələr. Bu qədər legioner və xarici məşqçinin cəlb edilməsi qarşılığında oynadığınız futbola baxanda adam söyüşdən başqa söz tapmır. Rədd olun, dağılışın gəldiyiniz yerə”.

Ramin Şirinov: “Bundan sonra gedib Region Liqasında oynasınlar ki, bir az bilsinlər futbol nədir. Bu göstərdikləri oyun futbol deyil. Baxmaqdansa, baxmamaq daha yaxşıdır — əsəblərimiz yerində qalar”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
idmanxeber.az

2Mənbələr