AZ

Millimiz B Liqasında böyük hesabla məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldovanın Vadul lui Voda şəhərində baş tutan qarşılaşmada rəqibinə 0:6 hesabı ilə məğlub olub.

U-17 qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

14:00. Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar) - 6:0

Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda.

Baş hakim: Briet Braqadottir (İslandiya)

Seçilən
25
sportinfo.az

1Mənbələr