AZ

Putin narkotikdən istifadəyə icazə verdi: Qərar rəsmən təsdiqləndi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarına xidməti itlərin öyrədilməsi məqsədilə narkotik vasitələrdən istifadə etməyə icazə verən qərarı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, yeni qaydalar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Sənədə əsasən, Daxili İşlər Nazirliyi (DİN), Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Gömrük Xidməti (FTX) artıq qanuni yolla istənilən növ narkotik vasitəni, o cümlədən kokain, heroin, amfetamin və digər maddələri əldə edə, saxlaya və xidməti heyvanların hazırlığında istifadə edə biləcək.

Qərarın məqsədi itlərin narkotik aşkarlama qabiliyyətini artırmaq və narkotik qaçaqmalçılığı ilə mübarizədə effektivliyi yüksəltmək kimi izah edilir.

Rəsmi açıqlamaya görə, bu maddələr xüsusi nəzarət altında saxlanılacaq və yalnız laborator və tədris şəraitində, yəni təhlükəsizlik tələblərinə tam əməl olunmaqla istifadə ediləcək.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr