Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hollivud ulduzu Entoni Hopkins 50 il əvvəl spirtli içkilərdən niyə birdəfəlik imtina etdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, "The New York Times"a müsahibəsində danışıb. Hopkins bildirib ki, dönüş nöqtəsi 1975-ci il dekabrın 29-u baş verib:
“Mən sərxoş idim və Kaliforniyada maşın sürürdüm, haraya getdiyimi bilmədən. O anda başa düşdüm ki, ya başqasını, ya da özümü öldürə bilərəm və bundan qorxmuram. Elə o zaman anladım ki, mən spirtli içki aludəçisiyəm. Həmin gecə Beverli Hillsdəki bir şənlikdə agentimdən kömək istədim. Saat tam 11 idi və bu dəhşətli idi. Sanki daxildən mənə dərin və güclü səs dedi ki, hər şey bitdi. İndi yaşamağa başlaya bilərsən".
Hopkins etiraf edib ki, əvvəllər alkoqol daxili ağrı və tənhalıq hissindən qurtulmaq üçün ona kömək edirmiş. Ancaq indi hər səhər həyatına minnətdarlıq hissi ilə başlayır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.