"Real Madrid"in ulduzu zədə səbəbilə 3 aylıq müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, söhbət Dani Karvaxaldan gedir. Futbolçunun sağ dizində oynağın içində boş qığırdaq kütləsi aşkarlanıb.

Klubun həkim heyətinin məlumatına görə, Karvaxalın vəziyyətinin tam bərpası üçün ona artroskopiya əməliyyatı həyata keçiriləcək.