AZ

Çin və ABŞ razılığa gəldi

Çinin Xarici İşlər Naziri Vanq Yi ABŞ Dövlət Katibi Marko Rubio ilə telefon danışığı barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, o, iki ölkənin Kuala Lumpurda keçirilən ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb. Vanq bildirib ki, hər iki tərəf mövcud ticarət və iqtisadi məsələləri həll etmək üçün çərçivə razılaşmasına nail olub. Vanq Yi Çin-ABŞ münasibətlərinin qlobal iqtisadiyyat üçün çox vacib olduğunu vurğulayıb və müqavilənin təfərrüatlarının texniki nümayəndə heyətləri tərəfindən yekunlaşmaq üzrə olduğunu ifadə edib. Onun sözlərinə görə, dünyanın ən böyük iki iqtisadiyyatı olaraq, Çin ABŞ əməkdaşlığı həm regional, həm də qlobal artıma təkan verə bilər.

Marko Rubio da bildirib ki, tərəflər arasında bəzi sahələrdə fikir ayrılığı olsa da, qarşılıqlı maraq doğuran sahələrdə irəliləyiş əldə edilib.

Seçilən
7
1
metbuat.az

2Mənbələr