AZ

DGK Mərkəzi Hospitalının iki tenderi baş tutmadı

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan edilən iki açıq tender proseduru baş tutmamış hesab edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, söhbət “promo və çap mal-materiallarının satın alınması” və “məhlulların satın alınması” ilə bağlı elan olunmuş tenderlərdən gedir.

Rəsmi məlumata əsasən, hər iki tenderdə iştirak üçün təklif təqdim edən təchizatçıların sayı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan minimum üç iştirakçıdan az olub.

02 oktyabr 2025-ci ildə keçirilən promo və çap mal-materiallarının alınması tenderində cəmi iki iştirakçı təklif təqdim edib. Bu səbəbdən prosedur qanunun 36.1.1-ci maddəsinə əsasən etibarsız sayılıb. Satınalmanın ehtimal olunan dəyəri 14.979,33 manat təşkil edib.

Eyni səbəbdən Mərkəzi Hospitalın məhlulların satın alınması ilə bağlı tenderi də baş tutmayıb. Bu tenderin ehtimal olunan dəyəri 867.857,96 manat olub.

Hər iki satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq ləğv edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.

Seçilən
26
nocomment.az

1Mənbələr